"Oskar" mərasimində məşhur aktrisanın paltarı cırıldı - VİDEO

"Oskar" mərasimində məşhur aktrisanın paltarı cırıldı - VİDEO
10:42 13 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Məşhur hollivud aktrisası Salma Hayek başına gələn kuryoz hadisəni yada salıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Hayek bidirib ki, 2003-cü ildə "Oskar" gecəsində geyindiyi libası o qədər dar olub ki, qəflətən omba hissədən partlayıb. Çıxılmaz vəziyyətdə qalan aktrisaya həmkarı və rəfiqəsi Rene Zelveqqer yardım edib.

O, Salmaya özünün ehtiyatda saxladığı paltarlarından birini təklif edib. Hayekin bu təklifə razılaşmaqdan başqa çarəsi qalmayıb. Yeni geyimi əyninə bir az geniş olsa da o, gecədə insanların qarşısında biabır olmaqdan qurtulub.

Bu hadisəni yada salan aktrisa zarafatca "Paltar iri ombam olduğu üçün partladı" deyə, təbəssümlə qeyd edib.

Milli.Az

 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR