Bakı-Sumqayıt yolundakı tıxacla bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Sumqayıt yolundakı tıxacla bağlı RƏSMİ AÇIQLAMA
10:47 13 Yanvar 2020
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarından Abşeron yarımadasına yağan yağış bəzi yollarda sıxlıq yaradıb.

Milli.Az bildirir ki, vətəndaşlar qafqazinfo-nun redaksiyasına müraciət edərək bildiriblər ki, Bakı-Sumqayıt yolu paytaxt istiqamətində böyük tıxac yaranıb və avtomobillərin hərəkəti dayanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Rüfət Quliyev açıqlamasında bildirib ki, ərazilərdə və yollarda quraşdırılmış xüsusi texnika vasitəsilə Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində olan hissəsinə baxış keçirilib: "Saat 09:40 radələrində həmin ərazidə nəqliyyat vasitələrinin saytında artım müşahidə olunur. Hərəkət zolaqlar üzrə sıxlıq təşkil etsə də, böyük bir tıxac yoxdur, hər iki istiqamətdə fasiləsiz hərəkət var. Qeyd olunan ərazidə nəqliyyat vasitələrinin normal hərəkəti üçün bütün şəraitlər yaradılıb.

Sürücülərə müraciət edirik ki, bir qədər səbrli olsunlar, qaydalara riayət etsinlər. Hərəkətin tənzimlənməsi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları da lazımi tədbirlər həyata keçirirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/817421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR