Yankauskas: Azərbaycanla Aİ arasında enerji əməkdaşlığı “Cənub Qaz Dəhlizi” çərçivəsindən kənara çıxır

Yankauskas: Azərbaycanla Aİ arasında enerji əməkdaşlığı “Cənub Qaz Dəhlizi” çərçivəsindən kənara çıxır
10:50 13 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində əməkdaşlıq “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsindən kənara çıxır.

Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, tərəflər arasında irimiqyaslı olmayan və vacib əhəmiyyət daşıyan digər layihələr də mövcuddur.

“Cənub Qaz Dəhlizi”ndən danışan K.Yankauskas bildirib ki, bu layihə Azərbaycanla Aİ-ni fiziki olaraq birləşdirəcək:

“Bu, həm Azərbaycana, həm də Aİ-yə qarşılıqlı səmərə gətirəcək əlamətdar layihədir. Azərbaycan üçün bu, avropalı müştərilərdən stabil gəlir, Avropa İttifaqı üçünsə yeni mənbədən yeni tədarük marşrutu deməkdir. Bu, həm də şaxələndirməyə və daha geniş seçim imkanına, beləliklə, daha böyük rəqabətə və istehlakçılar üçün daha uyğun gətirib çıxaracaq”.

O xatırladıb ki, 2019-cu ildə Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu qaz kəməri (TANAP) ilə Trans-Adriatik qaz kəmərinin (TAP) birləşmə sahəsinin açılışı olub:

“Biz TAP-ın bu il tam başa çatacağını gözləyirik. 2020-ci il “Cənub Qaz Dəhlizi”nin sonu deyil, başlanğıcını ifadə edəcək. Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) və qaz kəmərinin Qərbi Balkanlaradək uzadılması imkanı sayəsində bizim enerji əməkdaşlığımızın möhkəmləndirilməsi imkanları mövcuddur. Böyük tələbat “Cənub Qaz Dəhlizi” vasitəsilə tədarükün artmasını bildirəcək ki, bu da Azərbaycanın və bəlkə də Türmənistanın Xəzər dənizindəki yataqlarından təmin olunacaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3176332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR