Sumqayıtda qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb

Sumqayıtda qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb
12:57 13 Yanvar 2020
36 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 8-də saat 19 radələrində Sumqayıt şəhərinin Babək küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini E.Hüseynova vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Əhlimanov saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-qadini-avtomobille-vurub-qacan-surucu-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR