Azərbaycanda 9 gün dərs olmayacaq

Azərbaycanda 9 gün dərs olmayacaq
13:18 13 Yanvar 2020
140 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

Axar.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq.

Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/301757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR