Abşeronda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Abşeronda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
13:27 13 Yanvar 2020
39 Digər
Ölkə mətbuatı
A- A+

Abşeronda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 11-də saat 19 radələrində Abşeron rayonunun Digah qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ağababayev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Murad Rüstəmovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada yanvarın 12-də saat 22 radələrində orada ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-avtomobilin-vurdugu-piyada-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR