Qubada avtomobil at arabası ilə toqquşub, sürücü yaralanıb

Qubada avtomobil at arabası ilə toqquşub, sürücü yaralanıb
13:32 13 Yanvar 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonunda yol qəzası baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunda, rayonun Zərdabi qəsəbəsi ərazisində qeydə alınıb. 
Belə ki, qəsəbə sakini, 1993-cü il təvəllüdlü, Firuz Rauf oğlu Vəliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən, at arabası ilə toqquşub. Nəticədə F.Vəliyev sifətin və burunun cırılmış-kəsilmiş yaraları diaqnozu İlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-avtomobil-at-arabasi-ile-toqqusub-surucu-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR