Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
13:52 13 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68.53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.23 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66.95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.29 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59.68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66.43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0.04 dollar/barel çoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/817440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR