Gənclər və İdman Nazirliyi yeni müsabiqə elan edir

Gənclər və İdman Nazirliyi yeni müsabiqə elan edir
15:22 13 Yanvar 2020
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi 2 fevral Azərbaycan gəncləri günü ilə əlaqədar dizayner, rəssam və yaradıcı gənclər arasında loqotipin hazırlanması üçün müsabiqə elan edir.

Bu barədə Trend Nazirliyə istinadən xəbər verir.

Loqotip məhz 02.02.2020 tarixini əks etməlidir.

Təkliflər 18 yanvar 2020-ci il tarixədək qəbul olunur.

Nazirlikdən bildirilir ki, işlər .jpg və cdr formatında mysgovaz@gmail.com elektron ünvanına “Loqo 2020” başlığı ilə göndərilməlidir.

Seçilmiş loqotipin qalibinə 1000 manat dəyərində pul mükafatı və diplom təqdim ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3176542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR