ProMete vəfat etmiş ATASI üçün oxudu - VİDEO

ProMete vəfat etmiş ATASI üçün oxudu - VİDEO
17:03 13 Yanvar 2020
77 Şou
Ölkə mətbuatı
A- A+

Bir müddətdir ki, rep karyerasına fasilə verən ProMete (Pərviz İsaqov) bir neçə il əvvəl vəfat edən atası Ramiz İsaqova mahnı ithaf edib.

Publika.az xəbər verir ki, “Papa” adlı trekdə atası ilə bağlı özəl xatirələrini paylaşan ifaçı ona klip çəkdirib. Qısa müddətdə 41 minə yaxın baxış sayı toplayan ekran işində reperin atasının səs yazısının istifadə olunması xüsusilə təsirli alınıb.

Klipin rejissorluğunu Emin Əliyev həyata keçirib.

Qeyd edək ki, ProMetenin atası 12 il böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alaraq yaşayıb. Amma infarkt nəticəsində vəfat edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/301780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR