Sevda duet oxumaq istəməməsinin səbəbini açıqladı

Sevda duet oxumaq istəməməsinin səbəbini açıqladı
10:41 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Sevda Ələkbərzadə duet təkliflərindən imtina edib.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV Maqazin” verilişinə açıqlamasında özünə uyğun duet ortağı tapa bilmədiyini deyib:

“Mənə yaraşan, ifama uyğun olan bir səs lazımdır ki, bizim duetimiz normal alınsın. Sənə aidiyyatı olmayan insanla mahnı oxusan, gülməli olar. Mənə duet oxumaq təklifi çox gəlib. Amma razılaşmamışam”.

S.Ələkbərzadə yeni bəstə üzərində çalışır:

“Yeni mahnım Givi Usanaşvili gəlir. Bundan əvvəl də “İntro” albomunda bir çox mahnıları o, etmişdi. Yeni mahnının sözləri özümə aiddir. Bassanova stilindədir. İnsanlara çox yaxın bir tərzdir. Yaz aylarında təqdim edəcəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR