Məşhur cütlüyün ayrılıq səbəbi bilindi (FOTO)

Məşhur cütlüyün ayrılıq səbəbi bilindi (FOTO)
10:41 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dünyanın ən çox diqqət mərkəzində olan cütlüyün ayrılmasına səbəb ana faktoru olub. ANS PRESS-in məlumatına görə, seksual model İrina Şeyk Kriştiano Ronaldonun anasının yubileyində iştirakdan imtina edib.

Mariya Dolores Santuş Aveyrunun yubileyi yeni il ərəfəsində qeyd edilib. İddialara görə, modelin Dolores Aveyrunu 60 illiyində iştirakdan imtinası cütülük arasındakı problemin son damlası olub.

Cütlük Miladı Ronaldonu və onun ailəsi ilə birlikdə keçirib. Daha sonra onlar, futbolçunun 3 yaşlı oğlu ilə Dubaya yollanıb. Miladı birlikdə keçirəndən sonra Ronaldo anasının ad günü üçün geri qayıtmaq istəsə də, sevgilisi ona qoşulmaqdan imtina edib.

Bundan sonra onlar birlikdə görünməyiblər. Ronaldo Sürixdə keçirilən "Qızıl top" mükafatının təqdimetmə mərasiminə də ailəsi ilə qatılıb.

Modelin köməkçisi ayrılıq barədə şayiələrin qarşısını almaq üçün açıqlama verərək, Sürixə getməməyi iş qrafiqi ilə əlaqələndirmişdi.

Bu zaman isə İrina Maldiv adalarında tətilin dadını çıxarmaqla məşğul idi.

Ayrılığa səbəb oduğu iddia edilən Ronaldonun anası həmişə İrinaya qarşı qoyub. O, oğlu üçün daima ənənəvi gəlin arzusunda olub. Dolaresin fikrincə, oğlu onun övladına analıq edə biləcək, evin bütün yükünü üzərinə götürmə qabiliyyəti olan qadınla ailə qurmalıdır.

Dolaresin ən çox xoşuna gələn isə Ronaldonun uşaqlıq dostu olan Rita Pereyradır. Onların 2012-ci ildə təsadüfən yayılan fotosu əməlli başlı qalmaqala səbəb olmuşdu.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR