Roman Qriqoruçuk "Astana"dan ayrıldı

Roman Qriqoruçuk "Astana"dan ayrıldı
19:52 13 Yanvar 2020
87 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın "Astana" klubu baş məşqçisi Roman Qriqorçukla yolları ayırıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun müqaviləsinin başa çatmasına 1 il qalmışdı.

"Astana" 54 yaşlı mütəxəssisin rəhbərliyi altında son mövsüm Qazaxıstan çempionu olub. Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ"ni çalışdırıb.

"Astana"nın yeni çalışdırıcısı da əcnəbi mütəxəssis olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/817578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR