Dövlət bayrağı ilə bağlı qaydalarda dəyişikliklər edilib

Dövlət bayrağı ilə bağlı qaydalarda dəyişikliklər edilib
20:17 13 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərar “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.
Qərarla Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” qanunu ilə müəyyən ediləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/dovlet-bayragi-ile-bagli-qaydalarda-deyisiklikler-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR