İran Kanadanın bütün nümayəndələrinə viza verib

İran Kanadanın bütün nümayəndələrinə viza verib
01:01 14 Yanvar 2020
121 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İran, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqda iştirak edən və həlak olanların yaxınlarına yardım göstərməli olan bütün Kanadalı mütəxəssislərə və diplomatlara viza verib.

Trend-in məlumatına görə, bunu Kanadanın Xarici İşlər Naziri Fransua-Filip Şampan öz "Twitter" səhifəsində bildirib.

Yanvarın 11-də Kanadanın Baş Naziri Justin Trud, Bazar günü Kanadanın İran vizası alan ilk nümayəndələrinin Tehrana gələcəyini açıqlamışdı.

Ottava bir qədər əvvəl 10 diplomat və Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının iki nümayəndəsi daxil olan işçi qrupu yaratmışdır. Nazirin sözlərinə görə, həmin qrup həlak olanların ailələrinə konsulluq xidmətləri göstərəcək, fəlakət qurbanlarını müəyyənləşdirməydə və istintaqda iştirak edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3176709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR