Filmlər gerçək oldu – real transformer Roboson T9 – VİDEO

Filmlər gerçək oldu – real transformer Roboson T9 – VİDEO
08:42 14 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

CES Sərgisində maraqlı məhsulların təqdimatı davam edir. Bu dəfə Transformer kimi görünüşünü dəyişən robot nümayiş olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, sərginin diqqət çəkən məhsullarından biri olan Robot "Roboson" şirkətinə məxsusdur.

Roboson T9 adlı robot filmlərdə gördüyümüz transformerlər kimi avtomobilə çevrilə bilir. 3,2 kiloqram ağırlığında olan robot səs əmrləri ilə işləyir.

Proqramlaşdırıla bilən 22 servo mühərrikli robot gəzə, poza verə, rəqs edə və hətta replika da ata bilir.

Təqdim olunan məhsullar arasında diqqətimizi çəkməyi bacaran robotda kamera olmadığını da deyək. Robot avtomobil rejimində olan zaman istiqaməti dəyişmək üçün təkərlər əvəzinə bədənindən istifadə edir.

Bu qeyri-adi robotun satış dəyəri 500 dollardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR