"Microsoft" "Windows 7" əməliyat sistemi üçün texniki dəstəyi dəyandırıb

"Microsoft" "Windows 7" əməliyat sistemi üçün texniki dəstəyi dəyandırıb
08:55 14 Yanvar 2020
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

22 oktyabr 2009-cu ildə buraxılmış "Windows 7" əməliyyat sisteminə texniki dəstək və yenilənmə 14 yanvardan başlayaraq dəyandırılıb.

Trend-in məlumatına görə, bu barədə "Microsoft" şirkətinin saytında xəbər yayılıb.

Xəbərdə deyilir: "10 illik fəaliyyətdən sonra, Windows 7 üçün dəstək yanvarın 14-dən etibarən dayandırılacaq. Keçidin çətin ola biləcəyini bilirik və bundan sonra nə ediləcəyinə dair tövsiyələrlə kömək etmək və texniki dəstəyin dayandırılması ilə bağlı suallara cavab vermək istəyirik."

Windows 7-də işləyən kompüterlər fəaliyyətini davam etdirəcək, lakin Microsoft artıq texniki dəstək göstərməyəcək və yeniləmələri buraxmayacaq. Şirkət, Windows 7 istifadəçilərinə OneDrive xidmətindən istifadə edərək fayl və fotoların surətlərini yaratmağı və Windows 10 əməliyyat sistemini istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, dünya üzrə istifadə olunan bütün kompüterlərin 26,6 faizi Windows 7 əməliyyat sistemi ilə çalışır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3176779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR