Samsung dünyanın ilk 5G planşeti olan Galaxy Tab-ı anons etdi

Samsung dünyanın ilk 5G planşeti olan Galaxy Tab-ı anons etdi
08:57 14 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Samsung şirkətinin beşinci nəsil şəbəkələrinin işinə dəstək olacaq planşet hazırlanır.

Milli.Az ted.az-a istinadən bildirir ki, indi şirkətin nümayəndələri Galaxy Tab 5G-planşetinin buraxılmasını təsdiqləyərək, hətta onun buraxılışının ilkin vaxtını da səsləndiriblər.

Rəsmi məlumatlara görə bu, Galaxy Tab S6 5G olacaq və ilin birinci rübündə bazara buraxılacaq. O, əvvəlcə Cənubi Koreyada, daha sonra digər ölkələrdə satışa çıxarılacaq.

Planşetin LTE ilə olan versiyası 1168 dollara təklif olunur, yeniliyin isə bir az bahalı olacağı gözlənilir.

İlkin məlumatlara görə 5G Galaxy Tab planşeti texniki cəhətdən adi variantdan az fərqlənəcək. Yeniliyə Snapdragon 855 prosessoru, 6 GB RAM və 128 GB ROM aid olacağı söylənilir.

Batareya 7 040 mAs-da quraşdırılacaq ki, bu, video görüntüləmə rejimində batareyanın 15 saat avtonomluğunu təmin etməlidir.

Cihazdakı ön kamera 8 Mp göstəricili olacaq, arxa paneldəki kamera isə 13 və 5 Mp-də sensorlar alacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR