Britaniya XİN "Reuters"i gizli şəkildə maliyyələşdirib - Arxiv sənədləri yayıldı

Britaniya XİN "Reuters"i gizli şəkildə maliyyələşdirib - Arxiv sənədləri yayıldı
09:18 14 Yanvar 2020
22 Digər
Ölkə mətbuatı
A- A+

Britaniya hökuməti 1960-1970-ci illərdə Sovet təbliğatına müqavimət olaraq "Reuters"i gizli şəkildə maliyyələşdirib.

Bu barədə Britaniya Milli Arxivi tərəfindən yayımlanan yarım əsr əvvəlki sənədlərdə bildirilir.

Bildirildi ki, baş ofisi Londonda olan özəl teleqraf agentliyi (Reuters) o illərdə maddi sıxıntı yaşadığına görə, təxminən 30 il İngiltərə Xarici İşlər Nazirliyinin strukturunda siyasi təbliğata cavabdeh olan Məlumat Tədqiqatlarları Departamentinin təklifinə razılıq verib.

"Reuters"in beynəlxalq nüfuzuna etimadın itirilməməsi üçün, agentliyin Latın Amerikasındakı işi qondarma bir şirkət, Yaxın Şərqdə isə "Reuters" xəbərlərinə abunə üçün daha çox pul ödəməyə başlayan "BBC" vasitələri ilə maliyyələşdirilirdi.

Sənədlərdən belə görünür ki, "Reuters"in Yaxın Şərq bürosu, Xarici İşlər İdarəsinin təkidi ilə Misirin"MENA", Sovetlərin "TASS", eləcə də Fransanın "AFP" informasiya agentlikləri ilə rəqabət üçün yaradılmışdır. Britaniya hökuməti maliyyə yardımı müqabilində "bütün agentliyin gündəliyinə müəyyən təsir" əldə etməyinə və "Reuters" rəhbərliyinin "Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələrini və onun söylədiyi fikirləri dinləməsini təmin etməyini" ümid edib. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/301836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR