Azərbaycan millisinin hücumçusu: "ABŞ-da oynamağı çox istəyirdim"

Azərbaycan millisinin hücumçusu: "ABŞ-da oynamağı çox istəyirdim"
09:27 14 Yanvar 2020
39 Digər
Ölkə mətbuatı
A- A+

"Bu klubda oynamaq mənim üçün xəyal idi və bu reallaşır. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri ölkədə futbolu yaxından izlədim və çox böyük inkişaf gördüm. Burada çıxış etməyi çox istəyirdim".
"Report"un məlumatına görə, bu fikirləri ABŞ-ın II Liqa təmsilçisi "Feniks Rizinq"ə keçən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov klubun rəsmi saytına açıqlamasında deyib.
29 yaşlı hücumçu komandanın baş məşqçisi Rick Schantzla danışdıqdan sonra bu komandada oynamağa qərar verdiyini vurğulayıb: "Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək və komandanın oyun qazanmasına kömək etməyi səbrsizliklə gözləyirəm".
Qeyd edək ki, Rüfət Dadaşov "Feniks Rizinq"ə Almaniyanın "Pröyssen Munster" klubundan keçib. Klublar transfer şərtlərini açıqlamamağa dair razılığa gəliblər. 29 yaşlı forvard 2013-cü ildən Azərbaycan yığmasının şərəfini qoruyur. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-hucumcusu-abs-da-oynamagi-cox-isteyirdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR