Astarada ər-arvadın faciəli ölümü ilə bağlı cinayət işi başlandı

Astarada ər-arvadın faciəli ölümü ilə bağlı cinayət işi başlandı
09:36 14 Yanvar 2020
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Astara rayonunda bir ailənin iki üzvünün ölümü ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

Həmin küçədəki mənzillərdən birində yaşayan 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3176816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR