Azərbaycanda daha bir FACİƏ: 10 yaşlı məktəbli öldü - TƏFƏRRÜAT

Balakəndə məktəbli ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem vurulub. Sistem köçürüldükdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. T. Mahatovun vəziyyəti pisləşdiyi üçün onu təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı T. Mahatov Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da ölüb.

Qeyd edək ki, T. Mahatov 3-cü sinif şagirdi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR