İranın vurduğu təyyarə ilə bağlı kritik gəlişmə - HƏBSLƏR BAŞLADI

İranın vurduğu təyyarə ilə bağlı kritik gəlişmə - HƏBSLƏR BAŞLADI
12:43 14 Yanvar 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

“Bu, bağışlanmaz xətadır. Təyyarənin vurulmasından bir ölkə məsuliyyətli ola bilməz”.

Publika.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani ötən həftə Tehranda raketlə vurulan sərnişin təyyarəsi haqqında danışarkən deyib.

Prezident bildirib ki, insanlara bu xətanın təkrarlanmamasının təminatını verməlidirlər.

Bu arada, İranlı rəsmi Qulam Hüseyn İsmaili Ukrayna təyyarəsinin vurulmasında məsul olan bəzi şəxslərin saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, Tehrandan Kiyevə getmək üzrə havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi İranın hava hücumundan müdafiə kompleksləri tərəfindən vurulmuşdu. Nəticədə 176 nəfər həlak olmuşdu. Onlardan 82-i iranlı, 63-ü kanadalı, 11-i ukraynalı, 10-u isveçli, 4-ü əfqan, 3-ü alman, 3-ü isə ingilis olub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/301863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR