Putinlə Buşun gizli görüntüləri ortaya çıxdı - VİDEO

Putinlə Buşun gizli görüntüləri ortaya çıxdı - VİDEO
12:53 14 Yanvar 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ-ın sabiq prezidenti Corc Buşun maraqlı görüntüləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, Kremlin Mətbuatla Əlaqələr Departamenti prezidentlərin 2008-ci ildə rəqs etdiyi görüntüləri paylaşıb.

Videoda 6 aprel 2008-ci ildə Soçidə Buşun şərəfinə verilən ziyafətdə prezidentlərin rus rəqqaslarla birgə “Madam Madam” mahnısının sədaları altında rəqs etdiyi əks olunub.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyasının ilk dövlət başçısı Boris Yeltsin olub. Yeltsinin imzaladığı qərarla Putin 1999-2000-ci illərdə Rusiyaya baş nazir təyin olunub. 2000-ci ildə isə prezident vəzifəsini icra etməyə başlayan Putinin bu postda 20-ci ili münasibətilə bir çox arxiv görüntüləri Kreml tərəfindən ilk dəfə yayımlanıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/301860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR