Masallılı Brüs Li 30 il sonra anasını gördü - FOTO

Masallılı Brüs Li 30 il sonra anasını gördü -  FOTO
15:17 14 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Rusiyanın birinci kanalında yayımlanan "Мужское/женское" adlı veriliş Masallıda yaşayan Brüs Li ləqəbi ilə tanınan Bəxtiyar Kərimov adlı azərbaycanlıya həsr edirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o 30 il anasından ayrı yaşayıb.

Rusiyada Açinsk şəhərində yaşayan Olqa Derbedeneva bildirib ki, 1987-ci ildə azərbaycanlı Ələddin Kərimovla görüşüb və birlikdə yaşayıb. İki il sonra onların oğlu dünyaya gəlib. Atası uşağa Brüs Li adını qoyub.

Bir ildən sonra Ələddin oğlunu götürüb, Azərbaycana qayıdıb. Uzun illər Olqa oğlunu axtarıb. Bəxtiyar uzun illər anasının öldüyünü düşünüb. Onu 9 il əvvəl dünyasını dəyişən nənəsi böyüdüb. Atasını isə uzun illərdir görmür. Atası onu Azərbaycana aparandan sonra başqa ölkəyə gedib.

Verilişdə Olqa oğlunu qucaqlayıb və göz yaşlarını saxlaya bilməyib. Bəxtiyar, eyni zamanda, bacı və qardaşı ilə də tanış olub. O, atasının hazırda həbsxanada olduğunu vurğulayıb.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR