KİV: Argentina pesosu ucuzlaşmağa davam edəcək

KİV: Argentina pesosu ucuzlaşmağa davam edəcək
15:37 14 Yanvar 2020
49 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən zəif valyutası olan Argentina pesosu ucuzlaşmağa davam edəcək.
“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Belə ki, ildə 50%-dən artıq inflyasiya ilə üzləşən Argentinada peso son iki ildə daha çox ucuzlaşıb. 2018-ci ildə yerli valyutanın ABŞ dollarına qarşı məzənnəsi 18,61 pesodan 37,653 pesoyadək, ötən il isə 59,87 pesoyadək geriləyib. Cari ilin ilk günləri də 60 peso səviyyəsində davam edən məzənnənin yenə azalacağı gözlənilir: “Müəyyən məqamda sabit yüksək inflyasiya ilə uyğunlaşaraq pesonun zəifləyəcəyini gözləyirik”.
Pesonun bu ilin yaz aylarından etibarən ucuzlaşaraq ilin sonunda ABŞ dollarına nisbətən 100 peso məzənnəsinədək geriləcəyi güman edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ki-v-argentina-pesosu-ucuzlasmaga-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR