TƏBİB 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb

TƏBİB 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb
15:47 14 Yanvar 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.
TƏBİB-dən "Report"a bildirilib ki, 11 yanvar 2020-ci ildə saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:
"Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12.01.2020-ci ildə saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib".
Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/tebi-b-10-yasli-oglanin-olumu-ile-bagli-aciqlama-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR