Məşhurlar bir günlük seminara 3700 manat ödədi - FOTO

Məşhurlar bir günlük seminara 3700 manat ödədi - FOTO
16:13 14 Yanvar 2020
116 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Çağla Şikellə aktrisa Defne Samyeli psixoloji seminara 12 800 TL (təqribən 3700 manat) ödəyib.

Publika.az Türkiyə mətbuata istinadən xəbər verir ki, dünən fərdi inkişaf üzrə amerikalı mütəxəssis Con Demartinin “Bağışlamaq” adlı seminarı baş tutub. 16 saatı 12 800 lirə olan proqramda Defne Samyeli və Çağla Şikel də iştirak edib. Məlum olub ki, seminar səhər tezdən başlayıb və gecə yarıya qədər davam edib.

İştirakçılara nifrət duyğusunu yox etməyi və bağışlamağı öyrədən psixoloq proqram çərçivəsində iştirakçılardan bağışlamaq istədikləri şəxsin adını kağıza yazmağı xahiş edib. Aktrisa Defne Samyeli psixoloqun ona doğru yaxınlaşdığını görəndə dərhal kağızı gizlədib və “Kimin adını yazdınız” sualına “Heç bir halda demərəm” deyə cavab verib. Onun bu sözləri hər kəsi güldürüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/301885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR