Bakıda tanınmış tarzənin avtomobili qarət olunub

Bakıda tanınmış tarzənin avtomobili qarət olunub
16:47 14 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.
Bu barədə “Report”a H.Qədimovanın özü məlumat verib.
Onun sözlərinə görə, hadisə yanvarın 12-də saat 12:15 radələrində, paytaxın Səbail rayonun Teymur Elçin küçəsində qeydə alınıb: “İdarə etdiyim maşınımı Teleteatrın qarşında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət elədim. Qardaşımla birgə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində ərizə yazdım. Hələ də həmin şəxs və ya şəxslər saxlanılmayıb”.
H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: “Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.
Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:
“Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-taninmis-tarzenin-avtomobili-qaret-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR