Mustafa Sandalın kitabındakı eşq etirafı qalmaqal yaratdı

Türkiyəli müğənni Mustafa Sandal həyatından bəhs edən “Beni ağlatma” kitabındakı etirafları qalmaqal yaradıb.

Metbuat.az xəbər verir ki, buna səbəb isə ifaçının kitabında aparıcı Defne Samyeli ilə 25 il öncə eşq yaşaması barədə yazısıdır.

D.Samyeli kitabda yazılanlarla bağlı sosial media hesabında foto paylaşıb. O, məsələyə belə münasibət bildirib:

“Mustafa Sandalın kitabında “münasibəti gizli yaşamaq istədyim üçün” onu tərk etdiyimə dair tamamilə gerçək olmaya bir iddiaya oyandım. Mustafa Sandalın həyatının diqqət çəkməsi üçün adıma gərək var idi? Bunu bilmirəm... Arzu edirəm ki, bu hadisəyə dəqiqlik gətirər. 25 ildə cəmi 4 dəfə gördüyüm sənətçi dostumu məhkəməyə vermək məcburiyyətində qalmaram”.

Aparıcının bu sözlərindən sonra kitabın müəllifi M.Sandal D.Samyeliyə cavab verib:

“Bəlkə də Defne xanım düz deyir. Saymadım amma 4 dəfə görüşüb və mən bunu yanlış anlamışam. Ancaq kitabı oxuyandan sonra tam olaraq nəyə pis olduğunu da başa düşmürəm. Mən bildirmişəm ki, onun qərarlılığına görə heç bir münasibətimiz olmayıb. 26 il öncə anamın yanında görüşməkdən çəkinmədiyi üçün indi çəkinə bildiyini təxmin edə bilmədim və kitabda ondan kiçik bir xatirə kimi bəhs etmişəm. Əslində, o paraqraf özünütənqid idi. Oxusanız, bunu görəcəksiniz. Bir ay öncə iş yeməyində Polat Yağcının (“Poll Production”ın sahibi, prodüser – red.) yanında “Kitabda mən barədə yazmısan” deyə sual vermişdi. Məəttəl qalmışam, amma bir qadın belə deyirsə, mövzunu bağlamaq lazımdır. Ona bir neçə gün öncə çıxardığı sinqlında uğurlar arzu edirəm”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR