Jirinovski bu dəfə himnin uzunluğundan şikayətləndi

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasının plenar iclasında çıxışı zamanı himnin çox uzun olmasından şikayətlənib.

Metbuat.az xəbər verir ki,Jirinovski qadınların və uşaqların Rusiya dövlət himnini ifa etməkdə çətinlik çəkdiklərini deyib.

"Biz indi himni səsləndirdik. Mən komitə rəhbərliyindən (Dumanın Dövlət Quruculuğu və Qanunvericilik komitəsi-red) xahiş edirəm: himni düzəldin. Üç bənd və üç xor olduqda, bu, uzun bir ifadır. Yaşlı insanlar, qadınlar, uşaqlar üçün çətindir", - deyə Jirinovski əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR