Ağac kəsən şəxs cəzalanıb

Ağac kəsən şəxs cəzalanıb
19:17 14 Yanvar 2020
54 Ölkə
Ölkə mətbuatı
A- A+

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində ağacların kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Cəlilabad rayonu Günəşli kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi məlum olub və faktla bağlı akt tərtib edilib.

Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Cəlilabad rayon Prokurorluğuna göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/817890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR