Mübariz Qurbanlı: "Əbu Bəkr" məscidinin açılması təmir işlərinin başa çatmasından asılıdır"

Mübariz Qurbanlı: "Əbu Bəkr" məscidinin açılması təmir işlərinin başa çatmasından asılıdır"
19:32 14 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

"Əbu Bəkr" məscidinin açılması təmir işlərinin başa çatmasından asılıdır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, "Əbu Bəkr" məscidində təmir işlərinə ehtiyac var: "Orada minarənin uçma təhlükəsi ilə əlaqədar məscid hazırda fəaliyyət göstərmir. İndi texniki xarakterli bərpa işləri ilə əlaqədar araşdırmalar gedir. Bunlar başa çatandan sonra məsələ Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturları ilə birlikdə müzakirə olunub qərar qəbul ediləcək".

Xəbərin orijinal ünvanı: https://report.az/din/mubariz-qurbanli-ebu-bekr-mescidinin-acilmasi-temir-islerinin-basa-catmasindan-asilidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR