Bakıda itkin düşən yeniyetmə qız tapıldı

Yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR