Gürcüstan-Azərbaycan sərhədində İNSİDENT: Saxlanılan var

Gürcüstan-Azərbaycan sərhədində İNSİDENT: Saxlanılan var
20:03 14 Yanvar 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İnsident zamanı Q.İ. adlı Gürcüstan vətəndaşı saxlanılıb.

Həmin şəxs odlu silahın qanunsuz əldə olunması, saxlanılması və girov götürməkdə günahlandırılır. O, odlu silah və qumbara ilə hədə-qorxu gələrək gürcü sərhədçilərini sərhədin razılaşdırılmamış hissəsinə doğru hərəkət etməyə məcbur edib. İnsident zamanı Q.İ. bir neçə dəfə atəş açıb.

Gürcüstan Sərhəd Polisinin əməkdaşlarının sayəsində insident tam aradan qaldırılıb.

Faktla bağlı istintaq aparılır.

Gürcüstan DİN azərbaycanlı həmkarlarına bu insidentin aradan qaldırılması ilə bağlı effektiv əməkdaşlığa görə minnətdarlığını bildirib. //Report.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/301913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR