Qarsda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı sahiblərinə təqdim edilib

Qarsda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı sahiblərinə təqdim edilib
20:12 14 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təqdim olunması mərasimi keçirilib.
"Report"un Türkiyə bürosundan verilən məlumata görə, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar hazırlanmış film nümayiş etdirilib.
Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev Azərbaycan diplomatik orqanlarının tarixi və fəaliyyəti barədə məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik xidmət orqanlarının fəaliyyətinə xüsusi önəm verdiyini diqqətə çatdıran baş konsul bildirib ki, Azərbaycan həqiqətlərinin dünya birliyinə düzgün çatdırılmasında, o cümlədən beynəlxalq aləmdəki mövqelərimizin möhkəmlənməsində diplomatik korpus tarixi missiya həyata keçirib. O deyib ki, təltifləndirilən şəxslər əməli işləri ilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına böyük töhfələr veriblər.
Daha sonra medallar tətif olunanlara - Qars vilayətinin valisi Türker Öksüz, Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmen, “Yeşil İğdır” qəzetinin baş redaktoru, “15 Temmuz” qəzetinin təsisçisi Cabbar Şıktaş və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acara təqdim olunub.
Təltif olunanlar çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıblar. Onlar “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” xatirə medalının təqdim olunmasına görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə ediblər. Əminliklə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhkəm siyasi iradələri əsasında həyata keçirilən beynəlxalq layihələr həm dövlətlərimizin gücünü artırır, həm də xalqlarımız və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.
Vüsalə Abbasova














Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qarsda-azerbaycan-respublikasinin-diplomatik-xidmet-orqanlarinin-100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR