Bakı-Sumqayıt yolunda dəhşətli tıxac: Tbilisi prospektindən Xırdalana qədər - FOTO

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac: Tbilisi prospektindən Xırdalana qədər - FOTO
20:42 14 Yanvar 2020
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 17:00 radələrindən başlayaraq Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.  

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, tıxac öncə sadəcə Xırdalan dairəsi ətrafında müşahidə olunsa da, sonradan sıxlaşaraq Tbilisi prospektinə qədər uzanıb.  

Ərazidə olan əməkdaşımız bildirir ki, "20 Yanvar" dairəsindən "Ekologiya postu"na qədər olan məsafəni 1 saat 40 dəqiqəyə qət edib.  

Bundan başqa Sulutəpə dairəsindən Xocahəsən dairəsinə gedən yolda da böyük tıxac yaranıb. 

Xocahəsən dairəsində vəziyyət daha acınacaqlı olduğu üçün Sumqayıt yolundan həmin istiqamətə dönən avtomobillər də çətinliklə üzləşiblər. Bu yola dönməkdə çətinlik çəkən bəzi sürücülər ərazidən çıxmaq üçün avtomobillərini arxaya sürərək "Ekologiya postuna" doğru irəliləyiblər. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/817928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR