Redmi Note 9-un güman olunan ilk fotosu ortaya çıxdı

Redmi Note 9-un güman olunan ilk fotosu ortaya çıxdı
23:47 14 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Redmi Note 8-in satışa çıxmasından heç yarım il keçməyib, lakin internetdə artıq onun davamçısı barəsində məlumatlar çıxmağa başlayıb. Belə ki, bu dəfə internetdə güman olunan Redmi Note 9-un fotosu ortaya çıxıb. Fotodan da görmək olar ki, Redmi Note 9 modeli xarici görünüşcə Redmi Note 8-dən bir qədər fərqlənəcək. Milli.Az technote.az-a istinadən bildirir ki, sözügedən fotonu təqdim etmiş mənbənin verdiyi məlumata əsasən fotoda əks olunmuş cihaz məhz Redmi Note 9 smartfonudur.

    Fotoya baxaraq yeni smartfonu Redmi Note 8-dən fərqləndirəcək əsas özəlliyi görmək olar. Belə ki, Redmi Note 9-un ön kamerası ekran üzərindəki dairəvi hissədə yerləşəcək. Qeyd etmək lazımdır ki, Redmi Note 8-də ön kamera damcı formalı çıxıntı hissənin daxilində yerləşdirilir. Redmi Note 9-da həmçinin ön kamera Samsung-un son smartfon modellərində olduğu kimi ekranın yuxarı hissəsinin mərkəzində yerləşəcək. Smartfonun texniki göstəriciləri, qiyməti və təqdimat tarixi barəsində hələ heç bir əlumat yoxdur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR