"Xəzər Lənkəran" ilk qələbəsini qazanacaq? - YENİLƏNİR

"Xəzər Lənkəran" ilk qələbəsini qazanacaq? -   YENİLƏNİR
10:52 17 Yanvar 2015
94 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün 3-cü yoxlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Elbrus Məmmədov komandasını Ukrayna klubu ilə oyunda sınayacaq.

Belə ki, "Xəzər Lənkəran" Zaporojye "Metallurq"u ilə qarşılaşacaq. Oyun Bakı vaхtı ilə saat 19.00-da başlayacaq. 

Qeyd edək ki, 1935-ci ildə yaradılan "Metallurq"a hazırda Oleq Taran başçılıq edir. Zaporojye təmsilçisi qış fasiləsinə 11-ci pillədə yollanıb.

Qeyd edək ki, ilk yofxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən “Xəzər Lənkəran” ikinci matçında Almaniya III Bundesliqa təmsilçisi “Çemnitzer”ə uduzub - 0:2. Lənkəranlılar yanvarın 21-də "Nürnberq"lə (Almaniya) qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ bəlli deyil.

Antalya
Yoxlama oyunu
17 yanvar

19.00 Xəzər Lənkəran (Azərbaycan) - Metallurq (Ukrayna)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquot-ilk-qlbsini-qazanacaq-t17532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR