Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib

Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib
12:12 15 Yanvar 2020
40 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yekunlarına əsasən Azərbaycanda 1376 kilometrədək avtomobil yolu təmir edilib və istifadəyə verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, yolların genişlənməsi və magistralların yaradılması yük avtomobillərinin sürət həddini 80 kilometr/saata, minik maşınlarının isə 90-110 kilometr/saatadək artırmağa imkan verib.

S.Məmmədovun sözlərinə görə, yüksək keyfiyyətli və təhlükəsiz yollar Azərbaycanın iqtisadi inkişafı və ictimai rifahının vacib amilidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/818067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR