"Anglo-Asian Mining” Azərbaycana 2019-cu ildə 7,5 mln. dollar vergi ödəyib

"Anglo-Asian Mining” Azərbaycana 2019-cu ildə 7,5 mln. dollar vergi ödəyib
13:17 15 Yanvar 2020
46 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2019-cu il ərzində 7,5 mln. dollar məbləğində vergi ödəyib.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2019-cu illə bağlı hesabatında qeyd olunub.
Bu məbləğin 0,5 mln. dolları 2019-cu ilin IV rübündə ödənilib.
Şirkət 2019-cu ildə 8,7 mln. dollar, IV rübdə isə 4,1 mln. dollar dividend ödəyib.
“Anglo-Asian Mining” 2019-cu il ərzində nağd pul kütləsini 15,1 mln. dollar artıraraq 21,2 mln. dollara çatdırıb. IV rübdə isə artım 2,1, mln. dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/anglo-asian-mining-azerbaycana-2019-cu-ilde-7-5-mln-dollar-vergi-o

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR