Ərdoğan SƏRT DANIŞDI: "Adımdan istifadə etməyin, məni və siyasəti..." - FOTO

Ərdoğan SƏRT DANIŞDI: "Adımdan istifadə etməyin, məni və siyasəti..." - FOTO
13:33 15 Yanvar 2020
96 İdman
Ölkə mətbuatı
A- A+

“Xarici oyunçu sayı və futbol qanunları məsələlərində mənim adımdan istifadə etməyin. Məni və siyasəti futbola qarışdırmayın”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol funksionerləri ilə görüşündə səsləndirib.

Prezident klubların problemlərini öz aralarında danışıb həll etmələrini tövsiyə edib.

Qeyd edək ki, görüşdə Gənclər və İdman naziri Məhəmməd Məhərrəm Qəssaboğlu, Rabitə naziri Fəxrəddin Altun, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir və Super Liqada mübarizə aparan 18 klubun prezidenti iştirak edib.

Klub prezidentləri isə öz növbələrində prezidentin türk futboluna dəstəyinə görə təşəkkürünü bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/301977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR