"Tottenhem" "Benfika"nın futbolçusunu icarəyə götürüb

"Tottenhem" "Benfika"nın futbolçusunu icarəyə götürüb
13:57 15 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Tottenhem" klubu Portuqaliya "Benfika"sının futbolçusu Jedson Fernandeşi icarəyə götürüb.
"Report"un ingilis klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı futbolçu 1,5 il müddətinə "Tottenhem"də icarə əsasında oynayacaq.
Gənc yarımmüdafiəçi yeni klubunda 30 nömrəli formanı geyinəcək. Fernandeş 2018-ci ildən Portuqaliyanın əsas yığmasının da şərəfini qoruyur.
Qeyd edək ki, "Tottenhem" klubu İngiltərə Premyer Liqasında geridə qalan 22 turdan sonra 30 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngilterenin-tottenhem-klubu-portuqaliya-benfika-sinin-futbolcusu-j

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR