Böyük hünər, cəsarət və qəhrəmanlıq məktəbi

10:53 17 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 17 yanvar, AzərTAc
Azərbaycan Dövlət Aqrar Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anılıb.
AzərTAc xəbər verir ki, universitetin həyətində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə önündə keçirilən tədbirdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun paytaxt Bakı və digər bölgələrimizdə törətdiyi vəhşilik və vandalizmi bütün bəşəriyyət üçün faciə və insanlığa qarşı cinayət adlandırıb. Bildirib ki, xalqımız həmin gün qurbanlar versə də Azərbaycanın tarixinə şanlı hərflərlə yazılan 20 Yanvar hər birimiz üçün böyük hünər, cəsarət və qəhrəmanlıq məktəbidir.
Sonra universitetin professor və müəllimləri çıxış edərək bu qəhrəmanlığı müstəqillik yolunda atılam müqəddəs addım kimi dəyərləndiriblər. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi və cinayəti törədənlərin adları açıqlandı.
Anma mərasimi universitet tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_huner_cesaret_ve_qehremanliq_mektebi-825481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR