Messi karyerasında qarşılaşdığı ən çətin müdafiəçinin adını açıqlayıb

Messi karyerasında qarşılaşdığı ən çətin müdafiəçinin adını açıqlayıb
16:17 15 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi maraqlı fikirləri ilə diqqət çəkib.
"Report"un "DAZN" nəşrinə istinadən verdiyi məlumata görə, argentinalı ulduz karyerası ərzində qarşılaşdığı ən çətin "şəxsi nəzarətçi" funksiyasını daşıyan futbolçunun adını açıqlayıb.
O, "Jirona"nın müdafiəçisi Pablo Maffeoya qarşı oynamağın çox çətin olduğunu vurğulayıb: "Oyunlar zamanı "şəxsi nəzarətçi"nin olması məni narahat etmir. Ancaq qəribə görünür. Düzünü desəm, karyeram ərzində bu cür hallarla tez-tez rastlaşmıram. Çünki bilirsən ki, matç çətin keçəcək, amma bir də baxırsan ki, yanında kimsə dayanır. "Jirona"nın müdafiəçisi Pablo Maffeoya qarşı oynamaq həqiqətən çətin idi. Bununla belə, heç zaman şikayətlənən biri olmamışam. Düşünürəm ki, fiziki təmas və zərbələr oyunun tərkib hissəsidir".
Qeyd edək ki, Pablo Maffeo 2016-2018 və 2019-cu illər aralığında "Jirona"da çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniyanin-barselona-klubunun-futbolcusu-lionel-messi-maraqli-fikir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR