Bakıda 100 min qazanmışdı, yenə gəlir

Bakıda 100 min qazanmışdı, yenə gəlir
16:32 15 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Show TV-də yayımlanan "Hayat Güzeldir" proqramının aparıcısı, məşhur model Özge Ulusoy yenidən Azərbaycana gələcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Türkiyə KİV-lərinə açıqlamasında bildirib. Özge tezliklə Bakıda olacağını, burada reklam çəkilişində iştirak edəcəyini qeyd edib:

"Yeni layihələrim çoxdur. Çəkiliş üçün Azərbaycana gedəcəm. Bir brendin siması oldum. Bundan əlavə, Türkiyədə bir serial və kinoda rol almağım barədə təkliflər var. Mənə uyğun bir layihə olsa, yer alaram".

Qeyd edək ki, model ötən ilin sentyabrında Bakıda tekstil markasının siması olmuşdu. O, reklamda çəkilmək qarşılığında 100 min dollar dəyərində qonorar əldə etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR