Ərdoğan İmamoğlunun ünvanına elə sözlər dedi ki... - 1 il tamam olmadan...

Ərdoğan İmamoğlunun ünvanına elə sözlər dedi ki... - 1 il tamam olmadan...
17:33 15 Yanvar 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

“Şəhərinə xidmət etməyin deyil, şou arxasınca qaçanların nə hala düşdüyünü gördünüz. Bir il keçmədən şoumenlərin maskaları düşməyə, gerçək üzləri ifşa olmağa başladı”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qardaş Bələdiyyələr Toplantısında səsləndirib.

Prezident Cümhuriyyətçi Xalq Partiyasından seçilən bələdiyyə sədrlərinə qarşı sərt çıxış edib: “CHP kimi seçkilərdə vətəndaşı vəd yağışına tutub, sonra unudanlardan olmadıq. Bələdiyyələr ölkəmizin ən ucqar köşələrinə çatmaq fürsəti tapdığımız təməl xidmət qurumlarıdır. Onların işi öz fəaliyyətlərinə, gündəmlərinə fokuslanmaqdır. Başqasının qısır siyasətinin bizi əsir götürməsinə icazə verməyəcəyik”.

Ərdoğanın bu sözləri İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya ünvanladığı güman olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/302006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR