Cəlilabad sakinindən 1 kq-dan artıq heroin götürüldü

Cəlilabad sakinindən 1 kq-dan artıq heroin götürüldü
21:05 15 Yanvar 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini saxlanılıb

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ə.Qubadov Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram heroin götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/818228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR