İspaniyada baş verən partlayış zamanı 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb

İspaniyada baş verən partlayış zamanı 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb
06:22 16 Yanvar 2020
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İspaniyanın Tarraqona əyalətində neft-kimya zavodunda baş verən partlayış zamanı azı 3 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daha əvvəl 2 nəfərin öldüyü bildirilirdi. Məlumata əsasən, xəstəxanaya yerləşdirilən yaralılardan biri həlak olub.

Bildirilir ki, Tarraqona şəhərində partlayış zamanı həlak olanlarla əlaqədar ikigünlük matəm elan edilib.

Xatırladaq ki, neft-kimya zavodunda partlayış ötən gün baş verib. Partlayışın səbəbi barədə məlumat verilmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3177812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR