Putin Mixail Mişustinə baş nazir vəzifəsini təklif edib

Putin Mixail Mişustinə baş nazir vəzifəsini təklif edib
07:27 16 Yanvar 2020
94 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini baş nazir təyin etməyi təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Prezident Vladimir Putin Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib. Razılıq aldıqdan sonra o, M.Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib".

Qeyd edilir ki, Dövlət Duması Mixail Mişustinin baş nazir vəzifəsində namizədliyini yanvarın 16-sı müzakirə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR